Təklif:“Dövlət dilində ali təhsil ödənişsiz olmalıdır”
Banuçiçək Kalbalıyeva
13:51 25.08.2021
Elm və Təhsil
660
“2018-ci ildə biz olaraq pulsuz Ali Təhsil haqqı ilə bağlı imza toplamağa başlayanda ölkədə cəmi 12324 tələbə pulsuz təhsil alırdı. ReAL-ın təşəbbüsündən, 42 min imza toplayıb təhvil verib məsələnin müzakirəsini aktuallaşdırdıqdan sonra 2019-20-ci tədris ilində pulsuz təhsil alan tələbələrin sayı 21000 nəfərə yaxınlaşdı. Bu, hər bir imza atmış vətəndaşımızın kiçik də olsa uğuru idi”.- Bu sözləri ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O, “Sherg.az”a açıqlamasında atılan addımların nəticə verdiyini dedi:
“Bu məsələni daim gündəmdə saxlamağa çalışdıq, ictimai müzakirələr açdıq və indi məlum oldu ki, 2021-22-ci tədris ilində pulsuz təhsil alan tələbə sayı daha 1185 nəfər artırılır, ödənişsiz təhsil alanların sayı 23 min civarında olacaq. Amma bu da yetərli deyil. Təhsil sistemində köklü islahatlar olmalı, bilik bazarı yaranmalı, dövlət dilində ali təhsil tamamilə ödənişsiz olmalıdır. Digər əcnəbi dillərdə pullu təhsil ola bilər, bu da insanların öz seçimidır. Paralel olaraq təhsilin keyfiyyəti də artmalı, bilikli gənclərin oxumaq həvəsi təşviq edilməlidir. İmza vermiş 42 min vətəndaşın, bu məsələni gündəmdə saxlayan ictimai xadimlərin əməyi nəticəsində son 3 ildə 12 min ailə təhsil haqqı ödməkdən qurtuldu. Ən az 12 min gənc ödənişsiz təhsil alma hüququ qazandı”.
Natiq Cəfərlinin sözlərinə görə, bu, dövlətin özünə də xeyirdir:
“Avropada hətta dövlət dilində tədris alan xaricilər üçün də tədris pulsuzdur. Çünki dil kütləviləşir, elmi ədəbiyyatlardan daha çox istifadə edilir. İkinci bir tərəfdən, bəlkə də, indi təhsil haqqı ödəməyən tələbə gələcəkdə çox böyük bir elmi kəşfə imza atacaq. Beləliklə, həmin məbləğdən daha çox xeyir verəcək. Son iki ildə yedd minə yaxın tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetdən imtina edib. Əminəm ki, onların arasında gələcəyin alimləri var idi. Sadəcə bununla yanaşı, təhsilin keyfiyyəti də artırılmalıdır. Xüsusilə bir çox özəl universitetlərin diplomları prestij qazanmalıdır. Belə olsa, dövlət gələcək üçün böyük imkanlar qazanmış olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə