
Tələbələrə jest: Təhsil almaq imkanları yaxşılaşdırılır -RƏY
12:41 04.06.2024
Elm və Təhsil
491
Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar açıqlanıb.
Həmin ixtisaslar aşağıdakılardır:
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
İbtidai sinif müəllimliyi
Hüquqşünaslıq
Maliyyə
Riyaziyyat müəllimliyi
Xarici dil müəllimliyi (ingilis dili)
Beynəlxalq münasibətlər
Mühasibat
Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, bu ildən fəaliyyət göstərəcək Qarabağ universitetində 1200-ə yaxın tələbənin qəbulu planlaşdırılır:

“Qarabağ universitetində bu il üçün nəzərdə tutulan qərara əsasən SABAH qruplarına qəbul olanlar Dövlət Sifarişi üzrə təhsil alacaqlar. Məhz bu amili nəzərə alaraq müsabiqədə ödənişli əsaslarla qəbul olanların hər biri Dövlət Sifarişi üzərində təhsil almış olacaq. Bu müsbət qərardır. Bəzi tələbələr SABAH qrupunda təhsil almaq istəyirlər. Ancaq müvafiq müsabiqə şərtini ödəmədiyi halda ödənişli əsaslara düşürlər. Nəticə etibarı ilə təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Dövlət məhz Qarabağ Universitetində belə bir qərarı verməklə həmin tələbələrin təhsil almaq imkanını yaxşılaşdırır və onlara dəstək olur. Qeyd edim ki, bu prosesi digər ali təhsil müəssisələrində tətbiq etmək hazırda bir o qədərdə real görünmür. Qarabağ Universitetində təhsil alacaq tələbələr SABAH qruplarında təhsil almaqla bir növ digər üstünlüklər əldə etmiş olurlar. Ancaq paytaxtda və rayonlarda yerləşən universitetlərdə təhsil alanlar SABAH qrupları ilə demək olar ki, eynibərabərliyi təşkil edir. Fərq ondan ibarətdir ki, kimsə yüksək bal toplayıb Qarabağ Universitetində təhsil almaq ilə bağlı qərar verirsə, dövlətdə həmin şəxsin qərarına qarşılıq müəyyən jestlər edir. Növbəti illərdə də SABAH qruplarında ödənişsiz təhsil alınmasının davam edib-etməyəcəyini zaman göstərəcək. Ola bilər ki, bir neçə il sonra müsabiqə vəziyyəti nəzərə alınaraq bu qərar digər tələbələrə şamil olunmasın. Hazırkı vəziyyətdə bu doğru və təqdirə layiq qərardır. Düşünürəm ki, yaradılmış şəraitdən bu il Qarabağ Universitetində təhsil almaq istəyən tələbələr maksimum yararlanacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət