Yaratmaqla iş bitmir
Yusif Nəzərli
23:20 20.04.2022
Elm və Təhsil
698
Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinə şagird qarşısına çıxmayan bir şəxs rəhbərlik edə bilməz
Təhsil Nazirliyində struktur dəyişikliyi edilib. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi nəzdində Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektoru yaradılıb. Bundan əlavə ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin adı isə dəyişdirilərək Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi edilib.
Uşaqların fərdi inkişafı və sosiallaşmasında bağçaların əhəmiyyətini xüsusi vurğulayan ekspertlərə görə, məktəbəqədər təhsil müəssisələri həmçinin körpələrin təlim tərbiyəsində də mühüm rol oynayır.
Bu səbəbdən də onlar bağçaların inkişafına, təlim-tərbiyə işlərinin daha da yüksəldilməsini vacib hal kimi dəyərləndiriblər. Eyni zamanda dövlət məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra sözügedən müəssisələrdə təlim-tərbiyə və məktəblərə hazırlıq prosesinin uyğun səviyyədə təşkil olunacağına ümid edirlər.
”Ümumi Təhsil haqqında” qanuna uyğun olaraq ümumi təhsil məktəbəhazırlıq mərhələsindən, ibtidai, ümumi orta, tam orta təhsil səviyyələrindən ibarətdir. Ümumi təhsilin idarə olunması şöbəsinə rəhbərlik edən şəxs ümumi təhsildən genis anlayışı olmalıdır”.
Bu sözləri təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında deyib.
Bu şöbənin digərlərindən fərqlənməli olduğunu xüsusi vurğulayan ekspert hesab edir ki, ən azından bu şöbəyə rəhbərlik edəcək şəxsin ümumi təhsil sahəsində təcrübəsi olmalıdır:
“Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsində işləyən şəxslərin neçəsi ümumi təhsildə işləyib, neçəsi orta məktəbdə heç olmasa jurnal yazıb? Gülünc vəziyyətdir, orta məktəbdə şagird qarşısına çıxmayan bir şəxs ümumi təhsil şöbəsində necə fayda verə bilər? Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun yaradılması təqdirəlayiq haldır. Bu, sahəyə xüsusi diqqət olacağından xəbər verir.
Ancaq xaricdə təhsil alıb deyə hansısa bir şəxs, bu sahədə anlayışı olmayan bir şəxs bu sektora rəhbərlik edəcəksə, yaradılmağının da bir faydası olmayacaq. Yaratmaqla iş bitmir, sonrakı proseslər, bu sektorun bu sahəyə necə inkişaf verəcəyini görmədən heç bir şey demək doğru olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə