Yenə də ən yüksk nəticə I ixtisas qrupunda qeydə alınıb

  • Elçin Əfəndi qeyd etdi ki, 4-cü qrupu üzrə qəbul ballarında bölgələr üzrə bir qədər enmə olacağı gözlənilir

Blok imtahanlarının ixtisas qrupları üzrə hər iki mərhələnin cavabları artıq məlumdur. Nəticələrə əsasən maksimum 700 bal I ixtisas qrupunda əldə edilib. 

Bu barədə “Sherg.az”a məlumat verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd etdi ki, gözlənildiyi kimi yenə də ən yüksk nəticə I ixtisas qrupunda qeydə alınıb: 

- Hər iki mərhələnin cəminə görə ən yüksək nəticələr I ixtisas qrupu üzrə: 700 bal. II ixtisas qrupu üzrə: 688.9 bal. III ixtisas qrupu üzrə: 688.7 bal. IV ixtisas qrupu üzrə: 693.6 bal olub. 

Son 3 ilin statistik göstəricilərinə əsasən deyə bilərik ki, I ixtisas qrupunda 2024-cü ildə də ən yüksək nəticə qeydə alınmışdı. Bu qrupda nəticələr aşağı-yuxarı təxminən eyni olur. II ixtisas qrupunda ən yüksək nəticə 688.9 baldır. 2024-cü ildə ən yüksək nəticə 693.9 bal olub. 2024-cü il III ixtisas qrupu üzrə ən yüksək nəticə 692.5 baldır. 2025-ci ildə daha yüksək nəticə olmuşdu. IV ixtisas qrupunda isə ötən 3 ilin göstəriciçləri təxminən eynidir – 693- 697 bal. 

E.Əfəndi qeyd etdi ki, 4-cü qrupu üzrə qəbul ballarında bölgələr üzrə bir qədər enmə olacağı gözlənilir. 1-ci qrup üzrə də bəzi ixtisaslar üzrə keçid ballarında dəyişiklik olacağı gözlənilir.