2023-cü ildə Google-da ən çox nə axtarılıb?

2023-cü ildə Google-da ən çox nə axtarılıb?
“Sherg.az” xəbər verir ki, Google 2023-cü ilin axtarış tendensiyalarını paylaşıb.
Google-a görə, 2023-cü ildə dünyada ən çox axtarılan xəbər, son iki ayın əsas  gündəm mövzusu olan  İsrail və HƏMAS arasında olan müharibədir.  Ondan sonra “Titanik sualtı qayığı” və “Türkiyə zəlzələləri” gəlir.
Qeyd edək ki, ötən il ən çox axtarılan xəbər Rusiya və Ukrayna müharibəsi olub.
Həmçinin bu il dünyada ən çox axtarılan insanlar matç zamanı ürəyi dayanan amerikalı futbolçu Damar Hamlin, daha sonra isə yanvar ayında avtomobil qəzası keçirərək ağır yaralanan oyunçu Ceremi Renner olub.
Onların ardınca Rumıniyada insan alveri, mütəşəkkil cinayətkar qrupu yaratmaq və zorlama kimi cinayətlərə görə mühakimə olunan Endryu Teyt gəlir.
İlk beşlikdə yer alan digər iki şəxs isə fransalı futbolçu Kilian Mbappe və son olaraq Taylor Sviftlə münasibəti ilə gündəmə gələn amerikalı futbolçu Travis Kelcedir.
2023-cü ildə ölən şəxslər arasında  ən çox axtarılan şəxs oktyabrın sonunda dünyasını dəyişən Dostlar serialının ulduzlarından Metyu Perri olub. Sonrakı yerdə rok-n-rollun kraliçası sayılan müğənni Tina Törner gəlir.
Ən çox axtarılan ilk iki film müvafiq olaraq Barbie və Oppenheimer olub. Onların ardınca Jawan, Sounds of Freedom və John Wick 4 yer alıb.