Son vaxtlar ali və orta məktəblərdə müəllimlər şagird və tələbələrə məcburi kitab aldırmağa cəhd edirlər. Hətta, əks təqdirdə onlara aşağı qiymət yazmaqla təhdid edirlər.
Belə bir sual yaranır. Müəllimlər şagirdlərə məcburi kitab aldıra bilər? Bu nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, müəllimlərin şagirdlərə və tələbələrə məcburi kitab satması qətiyyən doğru deyil :
"Hansısa dərsliklər tədris prossesində lazımdırsa, müəllimlər həmin kitabları almağı təklif edə bilərlər. Bir nüansı da nəzərə alaq ki,lazım olan dərs vəsaitini almamaq tələbələrə və şagirdlərə narahatçılıq yaradır. Çünki verilən tapşırıqları yerinə yetirə bilməyəcək və nəticədə aşağı qiymət alacaqlar. Ancaq sırf bu dərslik mənim olduğuna görə, bunu almalısız, deyərək üstəlik qiymətlə şantaj etmək düzgün deyil. Sözsüz ki, həmin müəllim barəsində adiyyatı şəxslərə məlumat vermək hüquqları var. Bir sözlə, müəllim açıq aşkar qanunsuzluğa yol verir".