Arxadan vurulan zərbə: GUAM ölkələrini kim məcbur etdi?
Yusif Nəzərli
13:50 29.01.2024
Siyasət
548
"Avropa İttifaqının və Qərbin Gürcüstan Moldova, Ukrayna üzərində təzyiqi artıb".
Bunu "Sherg.az"a açıqlaması zamanı politoloq Turab Rzayev Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin AŞPA-da keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqeyə münasibət bildirərkən deyib.
O, bildirib ki, təzyiq qarşısında qalan həmin ölkələr də regional və digər müttəfiqlərinə qarşı məcbur olub bu cür addımlar atırlar:
"Məsələn, Avropa İttifaqına namizədlik məsələsi Gürcüstana müsbət iqtisadi-siyasi inteqrasiya imkanları verən şərait kimi qiymətləndirilir. Digər tərəfdən Avropa İttifaqı bununla Gürcüstan üzərində təzyiqini artırmış oldu. Gürcüstanı Avropa İttifaqına namizəd ölkə etməklə Rusiya və Azərbaycandan uzaqlaşdırmağa çalışırlar. Bəzi məqamlarda isə Azərbaycanla müttəfiqlik əlaqələrinə xələl gətirən addımlar atmağa sövq edirlər. Gürcüstan uzun illər Ermənistana silah keçirilməsinə icazə vermirdi. Ancaq ən son Fransadan gələn silahların Gürcüstan üzərindən Ermənistana keçdiyinin şahidi olduq. Çünki Avropa İttifaqı Gürcüstanı buna məcbur edir. Eyni zamanda AŞPA-da olan fəaliyyət də buna hesablanıb. Azərbaycanın GUAM-dan çıxması üçün isə real səbəb yoxdur. İndiki məqamda bu təşkilatdan çıxmağın bizə heç bir faydası yoxdur. Əksinə olaraq GUAM-dan siyasi dialoq yaratmaq üçün istifadə etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol