TREND: 2024-cü ilin 5 POPULYAR RƏNGİ
TREND: 2024-cü ilin 5 POPULYAR RƏNGİ
13:14 07.02.2024
Cəmiyyət
1930
Dəb və gözəllik aləmlərini ayrı düşünmək mümkün deyil. Bu ikisi ayrı-ayrı tendensiyalarla fərdi populyarlıq təklif etsə də, çox vaxt bir-birini qidalandırmağa nail olurlar.
"Sherg.az" xəbər verir ki, dəb paytaxtları London, Nyu-York, Paris və Milanda keçirilən moda nümayişlərində təqdim olunan yeni kolleksiyalar qarşıdan gələn mövsümdə bizi nələrin gözlədiyinin xəbərçisidir. 2024-cü ildə hansı rənglərin trend olacağına baxaq.
1- Yasəmən rəngi
Lavandanın yumşaq tonunu əks etdirən yasəmən xüsusilə 2024-cü ilin Yaz/Yay aylarında bir çox insanın radarında olacaq. Həm əyləncəli, həm də estetik duruşu olan və Coach, Paco Rabanne, Carolina Herrera kimi fərqli yüksək moda markalarının kolleksiyalarında yer alan bu rəng, şübhəsiz ki, gözəllik dünyasında özünü göstərəcək.
2- Mavinin müxtəlif çalarları
Körpə mavisi, sürməyi və kobalt mavisi kimi mavinin müxtəlif çalarları 2024 Yaz/Yay kolleksiyalarına təsir edib. O zaman qarşıdakı mövsüm üçün qarderobunuzda və makiyaj kolleksiyanızda bu rənglərə yer ayırdığınızdan əmin olun!
3- Albalı Qırmızısı
Son dərəcə nəcib bir duruşa sahib olan albalı qırmızısı Gucci-dən Miu Miu-ya, Valentino-dan Hermes-ə qədər bir çox moda evlərinin iddialı parçalarını bəzəyir. Qadın duruşu olan bu canlı qırmızı tonun yaraşmayacağı heç kim yoxdur desək yanılmarıq.
4- Açıq şaftalı
Pantone tərəfindən 2024-cü ilin rəngi minimal açıq şaftalı rəngidir. Fendi və Sportmax bu rəngi 2024 Yaz/Yay kolleksiyalarında paltar dizaynlarına daxil etsə də, görünüşlərinə açıq rəng qatmaq istəyənlər üçün də mükəmməldir.
5- Açıq Püstə Yaşılı
Püstə yaşılının fərqli çalarları 2024-cü ildə tez-tez qarşılaşacağımız rənglər arasındadır. Çox dinc və sakitləşdirici bir enerjiyə sahib olan açıq püstə yaşılı Brandon Maxwell, Erdem və Bottega Veneta kimi markaların əlində stil sahibi bir duruşa bürünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region