Kiberhücum riskindən çəkinin

Təkcə iri şirkətlərin deyil, kiçik müəssisələrin də risk altında olduğunu bildirən Timus Siber Təhlükəsizlik şirkətinin Türkiyə üzrə meneceri Artuğ Tikiç kiberhücumların KOBİ miqyaslı müəssisələri hədəf almağa başladığını vurğulayıb. 
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, Tikiç xəbərdarlıqlar edib:
“İnsanların gündəlik rəqəmsal həyatlarında diqqətli olmaları və əsas təhlükəsizlik tədbirlərini görmələri böyük əhəmiyyət kəsb edir. Güclü parollardan istifadə etmək, etibarlı antivirus proqramlarına sahib olmaq və ən müasir proqram təminatından istifadə kimi əsas addımlar şəxsi kiber təhlükəsizliyi təmin etmək üçün atılması lazım olan əsas addımlardan biridir. Korporativ səviyyədə iri şirkətlər və təşkilatlar kibertəhlükəsizliyi təmin etmək üçün strateji tədbirlər görməlidirlər. Təhlükəsizlik siyasətlərinin yaradılması, işçilərə müntəzəm təlimlərin verilməsi və təhlükəsizlik divarlarının gücləndirilməsi kimi addımlar korporativ dünyanın rəqəmsal təhlükəsizliyini artırmaq üçün həyati əhəmiyyət kəsb edir."