Ekspert: Hindistan Ermənistanı yeni münaqişə hazırlayır
10:44 10.03.2025
Dünya
800
Martın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistana rəsmi səfər edəcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Ararat Mirzoyanın Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşü planlaşdırılır. Qeyd edək ki, Ermənistan Hindistandan külli miqdarda silahlar almağa davam edir.
Hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a söyləyib ki, Hindistan-Ermənistan əlaqələri 2020-ci ildə Cənubi Qafqazda, xüsusilə Azərbaycan-Ermənistan arasında baş verən müharibədən sonrakı reallıqda rəsmi İrəvanın yeni tərəfdar axtarmasından irəli gəldi:
“Ermənistan isə tərəfdaşlar olaraq özünə Hindistan və Fransanı seçdi. Həmin zamandan bəri Ermənistan və Hindistan rəsmiləri arasında bir çox görüşlər həyata keçirilib. Bu görüşlərin nəticəsində Ermənistan Hindistandan sürətlə silahlanmanın həyata keçirilməsi proqramını qəbul etdi və buna kifayət qədər maliyyə vəsaiti ayırdı. İki ölkənin müdafiə nazirləri arasında imzalanan texniki əməkdaşlıq müqaviləsinə əsasən Hindistan sürətli şəkildə Ermənistanı silahlamdırmağa başladı. Beləliklə Ermənistanın ehtiyacları olan hava hücumundan müdafiə sistemləri, zenit raket kompleksləri Hindistan tərəfindən təmin olundu. 44 günlük müharibə dövründə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmışdı. Ermənistan Hindistandan təxminən 720 milyon həcmində 15 ədəd “Akaş” zenit-raket kompleksi alıb. Daha sonra Ermənistanın Hindistandan silahlanması başqa texniki vasitələrə yönəldi. Buraya “BrahMos” supersəs qanadlı raketləri daxildir. Digər bir məsələ isə “Pinaka” reaktiv yaylım atəş sistemlərinin Ermənistanın Hindistan almasının nəzərdə tutulmasıdır. İki ölkə arasında hərbi tərəfdaşlığın digər əsasını isə Hindistan “Pralay” ballistik raketlərinin Ermənistana verilməsi təşkil edir. “Pralay”500 km-ə qədər Azərbaycanın strateji obyeklərinə zərbələr endirə biləcək uzaq və yaxın mənzilli ballistik raketlərdir”.
Ekspert bildirib ki, Ermənistan və Hindistanın silahlanmaya dair əməkdaşlığı çox ciddi təhlükə hesab oluna bilər:
“Ermənistan vaxt qazanaraq Hindistandan silahlanmaqla mümkün olacaq münaqişədə bunlardan Azərbaycana qarşı istifadə etməyi planlaşdırır. Ermənistanın xarici işlər nazirinin Hindistana səfərindən sonra iki ölkə arasında hərbi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı siyasi müzakirələrin aparılacağını düşünürəm. Son bir ildə Ermənistan və Hindistan arasında hərbi texniki müqaviləyə əsaslanan satışlar 2.6 milyard dollar təşkil edib ki, bu da son 4 ildə zirehli texnikalar, raketlər, radarlar gecəgörmə cihazlarının verilməsi bir neçə hərbi razılaşma nəticəsində baş tutub. Ermənistan 2025-ci il üçün hərbi büdcəsini 20 faiz artıraraq silahlanmaya ayrılan vəsaiti 1.71 milyard ABŞ dolları səviyyəsinə qaldırdı. Bu isə Ermənistan üçün ciddi rəqəm sayılır, hərbi büdcəni hər il getdikcə artırmaq silahlanmaya hesablanıb. Görünən odur ki, Hindistan Ermənistanı yeni münaqişə hazırlayır. Çünki bir çox ölkələr Cənubi Qafqazda Ermənistanı cəsarətləndirərək bölgədə gərginlik yaradaraq öz strateji hədəflərini yerinə yetirmək məqsədi daşıyırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual