İA dövründə yalnız 3 peşə sağ qalacaq
“Microsoft”un qurucusu, milyarder Bill Qeyts yeni xəbərdarlığı ilə gündəmə gəlib. Onun sözlərinə görə, növbəti pandemiya COVID-19-dan daha ağır keçəcək və virus insan tərəfindən yaradılacaq.
Bill Qeyts bildirib ki, süni intellekt yaxın 10 ildə bir çox işi əvəz etsə də, bəzi peşələr qalacaq: proqramçılar, energetika mütəxəssisləri və xüsusilə bioloqlar/alimlər. Onun sözlərinə görə, İA yalnız rutin işləri görəcək, lakin yaradıcı elmi kəşfləri tam əvəz edə bilməyəcək.
O həmçinin gələcəkdə iş həftəsinin 2 günə qədər qısala biləcəyini də istisna etmir.