
İT mütəxəssisi: “1 milyon videonun silinməsi rəqəmsal mədəniyyətsizlik göstəricisidir”
11:58 16.07.2025
Texnologiya
530
Elvin Abbasov: Qayda pozuntularının kütləvi hal alması, Azərbaycanın rəqəmsal nüfuzuna mənfi təsir göstərə bilər
TikTok-un Azərbaycan seqmentində İcma Qaydalarının pozulması səbəbindən 1 milyondan çox video silinib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "TikTok Azərbaycan" yayıb.
Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.
Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda 3 milyondan çox video silinib.
Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə əlaqədar 211 milyondan çox video silinib. Həmin videomaterialların 99%-i proaktiv şəkildə silinib. Videoların 94,3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.
Qeyd edilən dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək ən yüksək göstəricidir.
Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında bildirib ki, TikTok-un Azərbaycan seqmentində İcma Qaydalarının pozulması səbəbindən 1 milyondan çox videonun silinməsi, ölkəmizdə rəqəmsal mədəniyyətin hələ də istənilən səviyyədə formalaşmadığını və bu sahədə maarifləndirmə boşluqlarının olduğunu göstərir:

“Bu cür göstəricilər təsadüfi deyil. Onlar sistemli şəkildə, həm istifadəçi davranışlarını, həm də texnologiyanın cəmiyyətə inteqrasiyasını təhlil etdikdə üzə çıxır. Rəqəmsal platformaların, xüsusilə də TikTok-un qaydaları təkcə texniki sənəd deyil, onlar cəmiyyətin etik sərhədlərini qoruyan hüquqi-əxlaqi mexanizmlərdir. Azərbaycan istifadəçilərinin bu qaydalarla kifayət qədər tanış olmaması, həm hüquqi məsuliyyət anlayışının zəif olması, həm də sosial şəbəkəyə əyləncə aləti kimi yanaşmanın dominantlığından qaynaqlanır. Bundan əlavə, mənim əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, rəqəmsal savadlılıq yalnız texnologiyadan istifadə bacarığı ilə məhdudlaşmır. Bu, həm də informasiya təhlükəsizliyi, məxfilik, rəqəmsal etik davranış və sosial media platformalarında məsuliyyətli iştirak bacarıqlarını əhatə edir. Təəssüf ki, sosial şəbəkə istifadəçilərinin əhəmiyyətli bir hissəsi bu anlayışlara ya malik deyil, ya da onları nəzərə almır. Müasir dövrdə rəqəmsal imic artıq fərdlərin deyil, ölkələrin reputasiya amilinə çevrilib. Beynəlxalq platformalarda qayda pozuntularının kütləvi hal alması, Azərbaycanın rəqəmsal nüfuzuna da mənfi təsir göstərə bilər. Bu səbəbdən, təkcə texniki tədbirlər deyil, həm də dövlət və özəl sektorun birgə əməkdaşlığı ilə məktəb və universitetlərdə rəqəmsal mədəniyyətin formalaşdırılması, müntəzəm ictimai maarifləndirmə kampaniyaları, həmçinin influencer məsuliyyətinin artırılması bu problemin uzunmüddətli həllinin əsas şərtləridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı