Milyonlarla telefonda ekranın sağ üst küncündə görünən kiçik işıq, əslində şəxsi həyatınız barədə ciddi xəbərdarlıq verir.
Sherg.az xəbər verir ki, turuncu işıq mikrofonun, yaşıl işıq kameranın aktiv olduğunu göstərir. Əgər bu işıqlar görünməli bir tətbiq işləmədiyi halda yanırsa, cihazınız sizdən xəbərsiz dinlənə və ya görüntülənə bilər. Ekspertlər, tətbiqlərin icazələrini mütəmadi yoxlamağı və yalnız zəruri olanlara icazə verməyi tövsiyə edir.