Rusiyanın İrandakı səfirliyinin 20-ə yaxın əməkdaşı Azərbaycana təxliyə olunub
11:55 24.06.2025
Texnologiya
565
“Astara” dövlət sərhədinin buraxılış məntəqəsində İrandan gələn müxtəlif ölkə vətəndaşlarının təxliyəsi davam edir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu gün təxliyə olunanlar arasında ABŞ, Rusiya, Ukrayna və İtaliyadan olan şəxsləri var.
Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfirliyinin 20 nəfərə yaxın əməkdaşı və ailə üzvləri Azərbaycana təxliyə olunub.
Hər bir vətəndaşın sənədləri yoxlanılıb və ayrılan nəqliyyat vasitələri ilə Bakı şəhəri istiqamətinə yola salınıb.
Təxliyə edilənlərdən Simin Emili deyib ki, milliyyətcə iranlı olan Amerika vətəndaşıdır: “Azərbaycana gəlməyimə çox şadam. Nənə və babamın azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir. Onlar Bakıda doğulublar. Buna görə də Azərbaycanda olmaq doğrudan da məni çox xoşbəxt etdi".
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçidlə öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət