15 yaşdan kiçiklərin sosial mediaya girişini məhdudlaşdıran qanun layihəsi Türkiyə Millət Məclisin gündəliyinə daxil edilib.
Sherg.az-ın məlumatına görə, YouTube Türkiyə bildirir ki, qanuna uyğunlaşmaq üçün 15 yaşdan kiçik istifadəçilərin və gənc məzmun yaradıcılarının hesabları bağlana bilər.
Platforma vurğulayır ki, məqsəd gəncləri internetdən uzaqlaşdırmaq deyil, onları onlayn mühitdə daha təhlükəsiz etməkdir. Qadağa həm istifadəçiləri, həm də gənc yaradıcıları birbaşa təsir edəcək. YouTube valideyn nəzarəti və yaşa uyğun təhlükəsizlik tədbirlərini artırmaq üzərində işlədiyini qeyd edib.