87 yaşında milyoner oldu

İş adamının iki arvadından biri- rəsmi nigahlı qadın məhkəmədə qazandı



İş adamı İpəkçinin ölümündən sonra rəsmi nikahlı həyat yoldaşı ilə dini nikahda olduğu bankçı Aysel Kıran arasında miras davası çıxdı.
Sərvəti təxminən 1 milyard lirə olaraq təxmin edilən mərhum iş adamı Hacı Mustafa İpəkçinin rəsmi nikahlı həyat yoldaşı və 9 uşağı ilə dini nikahlı həyat yoldaşı və 3 uşağı arasında 8 ildir sürən miras davası sonna çatıb. Nadirə İpəkçiylə 1944-cü ildə evlənən Mustafa İpəkçinin 9 uşağı oldu. Corab istehsalı biznes sektoruna girən İpəkçi, 1967-ci ildə Bursada İpsənsə Neylon İplik Corab Sənaye və Tic. A.Ş.ı qurdu, çox sayda şirkətə də ortaq oldu. İpəkçi, 1977-ci ildə özündən 18 yaş kiçik bankçı Aysel Kıranlada dini nikaha girdi.

3 uşağı da oldu

İpəkçinin ikinci həyat yoldaşından da 2 qızı və 1 oğulu oldu. İş adamı İpəkçi 2007-ci ildə vəfat etdiyində geriyə banklarda milyonlarla lirə, çox sayda daşınan və daşınmayan əmlaklar, dəyəri milyonlarla ölçülən fabrik və atelyelər qaldı. Hacı Mustafa İpəkçinin 1978-ci ildə təşkil etdiyi vəsiyyətnaməyə görə mirasın yüzdə 25 faizinin bir yardım vəqfinə verilməsi, geridə qalanın isə iki həyat yoldaşı və uşaqları arasında paylanmalı idi. İstanbulun Fatehdəki mənzillər və bir dükan da bölünəcəkdi.

Arvadları sərvətləri paylaşa bilmədi

Qalan mirasların bərabər paylanması təmin edilə bilməyincə rəsmi nikahlı həyat yoldaşı, vəkili vasitəsilə iddia açdı. Bu iddianın ardından dini nikahlı həyat yoldaşın və üç uşağın adına olan bank hesablarını gizlədiyi, hesablardan milyonlarla lirə çəkdiyi qarşıya qoyuldu. Araşdırmada Aysel İpəkçi ilə Bayram Fateh İpəkçinin, iş adamı İpəkçinin vəfatından təxminən 1 ay sonra hesabından, 1-6 iyun 2007-ci ildə 74 milyon lirə, 14-17 sentyabr və 2 oktyabr 2007-ci ildə də məhkəmə qərarı olmasına baxmayaraq 42 milyon 235 min və 7 milyon 907 min dollar çəkildiyi aydın oldu. Vəkil Ayaz, Aysel İpəkçi ilə uşaqlarının bank hesablarının dondurulub, 126 milyon 288 min lirənin və banklardakı bütün hesabları ilə daşınan və daşınmaz əmlakların qaytarmasını istədi.
İpəkçinin hesablarında olan cəmi 81 milyon 340 min 343 lirəsindən 50 milyon 837 min 723 lirənin iddiaya görə qanunsuz yerə alındığı təyin olundu. Məhkəmə bu pulun şikayətçilərə ödənməsi lazım olduğunu bildirdi. Oxumaq, yazmaq bilməyən və imzasını da barmaq iziylə atan 87 yaşlı rəsmi nikahlı qadın Nadirə İpəkçiyə 16 milyon 795 min 143 lirə, uşaqlarından dördünə 1 milyon 639 min lirə, birinə 1 milyon 656 min lirə, ikisinə isə 539 min lirə ödənməsinə qərar verildi. İddialı dini nikahlı qadının və uşaqlarının adına olan bəzi daşınmaz əmlakların da sənəddən ləğvinə hökm verildi. Bunlar da şikayətçi Nadirə İpəkçi və uşaqlarının adına keçdi.