YENİ ZİRVƏ GÖRÜŞÜ: Nəhəng dördlük toplanır – NİYƏ ?

 
Türkiyə, Almaniya, Fransa və Böyük Britaniya liderləri İstanbulda Suriya məsələsini müzakirə edəcəklər.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə «Anadolu» agentliyinə  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. O qeyd edib ki, tərəflər arasında növbəti zirvə görüşü fevralda baş tutacaq: 

"Bu formatda ilk görüş, çərşənbə axşamı Londonda NATO-nun zirvə görüşü ərəfəsində baş tutub.
NATO-nun zirvə görşündə razılaşdıq ki, bu dördlük ən azı ildə bir dəfə görüşüb müzakirələr aparmalıdır. İkinci görüş isə İstanbulda keçiriləcək».

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bu dördlüyün NATO-da reallaşan görüşündən sonra açıqlama verərək bunları deyib: « London görüşü çox faydalı idi, ancaq bütün qeyri-müəyyənlikləri aradan qaldıra bilmədi". 

Məlumat üçün bildirək ki, Ankara oktyabrın 9-dan etibarən Suriyanın şimalında PKK/YPG-PYD terror qruplaşmalarına qarşı uğurlu hərbi əməliyyatlara başlayıb. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu