Bu universitet tələbələri imtahandan azad etdi - Qərarı alqışlandı

Bakı Avrasiya Universitetində(BAU) onlayn imtahanlar ləğv olunub. Bu barədə ali məktəbin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli məlumat verilib.
Bildirilib ki, cari və aralıq qiymətləndirilmə təhsil müddətində əldə etdiklərə nəticələrə uyğun olaraq yekun qiymət çağırılmaqla hesablanacaq. 

 Təhsil eksperti Almaz Həsrət “Sherg.az”a açıqlamasında bu təşəbbüsü yüksək qiymətləndirib. O, bildirib ki, bu təcrübə digər ali məktəblərdə də tətbiq olunmalıdır:

“Şəxsən mən öz adımdan bu addıma görə BAU rəhbərliyinə minnətdarlığımı bildirirəm. Əminliklə deyə bilərəm ki, həmin universitetdə onlayn dərslər tam keyfiyyətlə keçirildi. Bununla belə, imtahanlar ləğv olundu. Əgər özəl ali təhsil müəssisəsi hökumətin siyasətinə uyğun hərəkət edib, tələbələrin sağlamlığını düşünürsə, dövlət universitetləri niyə analoji güzəşti tətbiq etməsin?”.

 Təhsil ekspertinin sözlərinə görə, indiki şəraitdə imtahanları onlayn qaydada keçirmək ancaq formal xarakter daşıyır: “Bu sistemi formalaşdırmaq, qiymətləndirmə meyarlarını hazırlamaq heç də asan məsələ deyil. Aylar tələb edən işdir. Yəni imtahanların onlayn qaydada keçirilməsi yalnız görüntü naminədir. Bu halda ən yaxşı variant BAU-nun jestini təkrarlamaqdır”.