Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinə yenidən üzv olub. Vaxtilə AYB dən ayrılıb həmkarları ilə Azad Yazarlar Ocağını yaradan , Anarın rəhbərliyində olan AYB- ni "ədəbiyyatı öldürmək" də günahlandıran və ədəbi müxalifətin önəmli siması hesab edilən Həmid Herisçinin bu addımı sosial media şəbəkələrində qızğın müzakirlər yaradıb. "Sherg.az"ın məlumatına görə , gənc yazıçı Orxan Saffari öz feysbuk şəbəkəsində bu məsələyə hekayə həcmində geniş bir yazı həsr edib:
"Qəribədir, insanlar bir yerdən sonra niyə belə olur?
Doğrudanmı aid olduğu yerlərdə qazandıqları hörmət onlara kifayət etmir?
Doğrudanmı yaş öz sözünü deyir?
Doğrudanmı həqiqət bu qədər ucuzdur?
Doğrudanmı? Doğrudanmı? Doğrudanmı?
AYO kimi müstəqil bir düşüncəni, ideologiyanı məhz ömrün ahıl çağında satmaq nəyə lazımdır?
Məgər AYB-nin üzvü olmaq indən belə Həmid Hersçiyə nə vəd edəcək? Ev? Təqaüd?
Bəs ədəbi mübarizə? Bəs sənə inanan adamlar, xüsusi ilə gənclik? "
O.Saffari ilə yanaşı Rasim Qaraca da öz feysbuk hesabında H.Herisçinin bu addımını AYB- nin sədri Anarın qələbəsi kimi qiymətləndirib: "Təəssüf!!! Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın "prinsipiallığına" heyrət etdim. Mübarizəni sona qədər apardı. Beş! "