Netanyahudan Qərb ölkələrinə: Haaqaya təzyiq edin!

İsrail Baş naziri Benyamin Netanyahu Qərb ölkələrini Beynəlxalq Cinayət Məhkəməsinə təzyiq göstərmələri üçün çağırış edib.

Axar.az xəbər verir ki, bu barədə Netanyahu X hesabında paylaşım edib.

"Onların bu təhlükəli addımı dayandırmaq üçün əllərində olan bütün imkanlardan istifadə edəcəklərini gözləyirik", - Netanyahu vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Beynəlxalq Cinayət Məhkəməsinin HƏMAS liderlərinin, həmçinin İsrailin bir sıra yüksək vəzifəli dövlət məmurunun həbsinə order verəcəyi barədə məlumat yayılıb.