75 il xəbərsiz yaşadılar - Bacı-qardaş nəhayət qovuşdular 

İllərdir ki, gizlədilən həqiqət 75 ildən sonra üzə çıxıb. "Sherg.az" xəbər verir ki, hadisə Türkiyədə yaşanıb. Belə ki, bacı-qardaşın ayrılması anı düz 75 il bundan əvvəl Qarsın Kağızman qəsəbəsində yaşanıb. Hanım Turanın anası ona hamilə olarkən ər evini tərk edərək, ata evinə qayıdır. 1 yaşlı oğlu İhsan Kökeri isə atasına buraxır. İhsan 3 yaşında olanda atası qəfildən dünyasını dəyişir. Bundan sonra əmisi onu övladlığa götürürək  böyüdür.



Başqasıyla ailə həyatı quran Hanımın anası onu nənəsinin  himayəsinə buraxır. İki tərəfin bir-birinə qarşı münaqişəli olması səbəbindən  biri-birləri ilə qardaş-bacı olmaları illərcə onlardan gizlədilir. Əsl həqiqət isə 2006-cı ildə İhsanın əmisi tərəfindən açılır. Əmisi ona bir bacısının olduğunu və onun yanına aparacağını deyir. Lakin onun bunu etməyə ömrü çatmır.

O, son nəfəsində "Bacın İzmirdədir, onu tap" deyir. Bundan 10 il sonra Kökerin İzmirdə yaşayan qızı Halimə Nazik  Turanın ögey qardaşı Yaşarı taparaq onunla əlaqə qurur.

Ancaq qardaşından xəbərsiz olan Turan düz 4 il  telefonları cavabsız qoyur. O, zəng edənlərə dəfələrlə buna inanmadığını  bildirir və onlardan onu bir daha narahat etməmələrini xahiş edir.



Düyün isə Hanım Turanın İstanbulda yaşayan jurnalist oğlu Orhan Turan tərəfindən açılır. İyul ayında anasını ziyarət etmək üçün İzmirə gedən Orhan məsələdən xəbərdar olur.  Orhan Halimə Nazik zəng edərək  İhsan Köker və onun uşaqları ilə görüşür. Beləliklə o, İhsan  ilə Turanın doğma bacı-qardaş olduqlarına tam əmin olur.

Avqustun 18-də ailəsi ilə birlikdə Qarsın Kazğızman bölgəsinə gedən Hanım Turan burada qardaşı İhsan Köker ilə ilk dəfə görüşür. İllər sonra baş tutan qardaşların böyük görüşü jurnalist Turanın oğlu Orhan tərəfindən “Kardeş: Öyle keçti ömrümüz” adlı sənədli filmə çevrilir. "YouTube"da yayımlanan bu sənədli filmin treyleri film festivallarında görünməyi hədəfləyir.