Müharibə cinayəti: Ermənilər beynəlxalq humanitar hüququ pozurlar

Heç bir müharibə itkisiz olmur. Şəhid vermək Azərbaycan cəmiyyətini narahat etmir.Çünki şəhidlik ən uca zirvədir.Torpaq uğrunda canından keçənlər Tanrı qatında ən yüksək zirvəyə ucalırlar.Amma daha mülki əhaliyə atəş açmaq, əli yalın, dinc sakinləri öldürmək nədir?!Genişmiqyaslı hərbi əməliyyatların cəmi bir neçə gündür başlanmasına rəğmən, sərhədyanı ərazilərdə yaşayan onlarca dinc sakin artıq qətlə yetirilib.Deməli, düşmən üçün müharibə anlayışı bundan ibarətdir.



Ya da, daha sadə-əsgərlərimizin qarşısından qaçır,  silahlarını əliyalınlara tuşlayırlar.  Hüquq müdafiçəsi Əliməmməd Nuriyev “Sherg.az”a erməni faşistlərini gözləyən cəzadan danışıb:

“Baş prokurorluq Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq erməni vandallığı və mülki əhalimizin öldürülməsi ilə bağlı iş açmalıdır. Artıq 16 dinc sakin qətlə yetirilib.Yaralıların sayı onlarladır.Düşmənin bacardıqları bundan artıq deyil.Çünki namərdlik, qorxaqlıq xislətlərindədir.Ermənilərin dinc sakinləri hədəf alması humanitar hüququn pozulması deməkdir, müharibə cinayətidir.

1949-cu ildə  imzalanan Cenevrə konvensiyasına görə, hətta müharibə gedən ərazidə belə, mülki əhaliyə xəsarət yetirilməsi yolverilməzdir. Ermənilərin törətdikləri analoji hallar əvvəl qeydə alınmırdı.Amma indi vəziyyət dəyişib.Hər şey sənədləşdirilir, sübutlar yığılır.Biz həmin materiallarla Avropa Məhkəməsinə müraciət edə bilərik.Etməliyik də.Eyni zamanda erməni vandallığı barədə dünya ictimaiyyəti məlumatlandırılmalıdır.Bunun üçün isə media, vətəndaş cəmiyyəti fəal olmalıdır”.

Ə. Nuriyev, həmçinin cəmiyyətimizdəki ruh yüksəkliyi barədə də danışdı:

“Biz son günlər Azərbaycan xalqının vahidliyini, həmrəyliyini bir daha gördük. Minlərlə gənc könüllü döyüşməkdən ötrü müvafiq qurumlara müraciət edir.Cəbhədən aldığımız pozitiv xəbərlər isə bizi daha da sevindirir, ruhlandırır.Hər zaman olduğu kimi, indi də Azərbaycan ordusuna güvənirik.İnanırıq ki, işğal altındakı torpaqlarda ən yaxın zamanda Azərbaycan bayrağı dalğalanacaq.

Buna Azərbaycan xalqının ruhu, rəşadəti imkan verir.Ardınca isə cinayətkar qüvvələr törətdikləri əmələ görə, həm Azərbaycan ədaləti, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəklər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu