Ermənistandan Trampa zərbə ! - “Erməni lobbisi Donaldın sülh təşəbbüsünə xələl gətirir”

“Elə buna görə də Ermənistan hərbi- siyasi hakimiyyətindən istifadə edirlər”

“Paşinyan faktiki olaraq diasporun oyuncağına çevrilib. Belə ritorikanın arxasında duran məqsəd isə türklərə qarşı mübarizəni gücləndirməkdir”


Bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb. Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc halinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu danışıqlardan sonra M.Pompeo Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla da görüşüb. Danışıqların nəticəsində humanitar atəşkəs elan edilsə də, Ermənistan “ənənə”sinə sadiq qaldı.

Bu, başqa məsələ. Yaxşı, bəs ABŞ-ın mövqeyi nədən ibarətdir? Rəsmilər balanslaşdılmış siyasət yürüdüldüyünü deyirlər. Digər tərəfdən isə dövlət başçıs Donald Trampın siyasi gediş edildiyi, daha dəqiq desək, prezident seçkiləri ərəfəsində erməni icmasının rəğbətini qazanması ilə bağlı iddialar səslənir. O da məlumdur ki, Tramp rəqibi Co Baydenə nisbətən haqqın harada olduğunu bilir. 

ABŞ-ın mövqeyini şərh edən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a açıqlamasında bunları qeyd edib:

“Mahiyyət ondan ibarətdir ki, tərəflər arasında tezliklə sülh əldə olunsun və Minsk qrupunun təklifləri əsasında işğalçı ölkənin qoşunu Dağlıq Qarabağdan çıxarılsın.

Amma ABŞ-dakı humanitar atəşkəs haqqında qərardan cəmi beş dəqiqə sonra Ermənistan atəşkəsi pozdu. Bu isə Trampa zərbədir. İndi ölkədəki erməni lobbisi Trampla mübarizə aparır və onun sülh təşəbbüsünə xələl gətirmək istəyirlər.

Elə buna görə də Ermənistan hərbi- siyasi hakimiyyətindən istifadə edirlər.

Paşinyan faktiki olaraq diasporun oyuncağına çevrilib. Belə ritorikanın arxasında duran məqsəd isə türklərə qarşı mübarizəni gücləndirməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu