Düşmən ordusunda XAOS !- “Əsgərlər döyüşməkdən imtina edirlər” - Qaçırlar !

“Qarabağ bizim dədə-baba yurdumuzdur, Azərbaycan torpağıdır”

“Onlar itirdikləri canlı hərbi itkilərin yerini dolduracaq gücdə olmadıqlarını da yaxşı anlayırlar”

“Artıq ermənilər də dərk edir ki, döyüşmək mənasızdır. Onsuzda məğlub olacaqlar”


Azərbaycan Ordusu  sentyabrın 27- dən başlanan düşmən təxribatına qarşı uğurlu əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirir. Döyüşlər artıq bir aydır ki, davam edir. Azərbaycan ordusu ilk gündən başlayaraq düşmənə ağır zərbələr endirir. Hərbi əməliyyatların birinci günündən düşmən ordusu yalan və əsassız məlumatlar yayaraq həm dünya ölkələrini, həm də erməni xalqını aldadır.

Ordumuzun qazandığı qələbələri həmz edə bilmirlər. Nə qədər öz uğursuzluqlarını saxta foto və videolar yayaraq ört -basdır etməyə çalışsalar da, artıq özlərini ələ verməyə başlayıblar. Artıq cəbhədəki uğursuzluqlarını gizlədə bilmirlər. Çünki hər şey göz önündədir. Düşmən ordusu öz “yenilməzliyini” itirib. Məğlubiyyəti qəbul etmək istəməsələr də, reallıq hamıya məlumdur .

Öz yalanlanlarını özləri ifşa etməyə başlayan ermənilər orduda böyük çətinliklərlə üzləşdiklərini, vəziyyətin onlar üçün əlverişli olmadığını etiraf edirlər. Onlar döyüşməkdən imtina edir və qaçırlar. Bu hal isə internetdə özlərinin yaydığı videolarda əksini tapıb.

 
Bu yaxında döyüş bölgəsinə gedərək əsgərlərimizlə görüşən ehtiyatda olan baş gizir Tapdıq Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, düşməndən fərqli olaraq bizim orduda vəziyyət çox yaxşıdır. Əsgərlərimizin döyüş əzmi və əhval ruhiyyəsi olduqca yüksəkdir:

“15 gün döyüş bölgəsində qaldım. Orada olan vəziyyətlə yaxından tanış olaraq əsgərlərimizin fikirlərini öyrəndim. Ordumuzun döyüş əzmi çox yüksəkdir. Onlar bütün işğalda olan ərazilərimizi azad etmək üçün sonuna qədər döyüşəcəklərini bildirirlər.

Prezidentimiz, Ali Baş Komandan  İlham Əliyevin çıxışları, ordumuzda  bu mövzu ilə bağlı aparılan təbliğat və təşviqat kampaniyası əsgərlərimizdə ruh yüksəkliyinə səbəb olan əsas amillərdəndir.  Ordumuz  bütün  işğalda olan torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün sonuna qədər döyüşməyə hazırdır və döyüşəcək .

Qarşı tərəfdə isə vəziyyət belə deyil. Ordumuzdan fərqli olaraq düşmən ordusunda olan əsgərlər qaçır. Döyüşməkdən boyun qaçırır, imtina edirlər. Çünki başqa çarələri yoxdur.

Qarabağ bizim dədə-baba yurdumuzdur, Azərbaycan torpağıdır. Artıq ermənilər də dərk edir ki, döyüşmək mənasızdır. Onsuzda məğlub olacaqlar. Boş yerə məhv olduqlarını anlayıb qaçırlar. Neçə illərdir orda yaşasalar da , başa düşürlər ki,  həmin yerlər onlara aid deyil. Canlı qüvvəsi tükənən düşmən çıxış yolunu qaçmaqda görür.

Onlar itirdikləri canlı hərbi itkilərin yerini dolduracaq gücdə olmadıqlarını da yaxşı anlayırlar. Ermənilər həmişə gözləri qorxanda qaçmağa başlayırlar. Onlarda vətənpərlik ruhu yoxdur.

Məğlub olandan sonra isə döyüş əzmi tamamilə sıfıra enmişdir. Düşmən döyüşü qazanmağın mümkün olmayacağını qəbul edir və özlərini ifşa etməkdən başqa çarəsi qalmayıb. Çünki artıq həqiqətləri gizlətmək mümkün deyil” .

Aytac

Paylaş

Bizi Facebookda izləyin
menu
menu