Ermənistandakı atəş nöqtələrini susdura bilərik

"Səbrimiz və soyuqqanlığımız Qarabağdakı separatçılara şamil edilmir"

“Ermənilərin Bərdəni vurması aqoniyadan irəli gəlir. Savaşda məğlub olan, itirməyə bir şeyi qalmayan tərəf istənilən qeyri-insani hərəkətə, cinayətə əl atır. Ermənistan hazırda bu vəziyyətdədir”.

Bu sözləri “Şərq”ə açıqlamasında AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib. Partiya təmsilçisi vurğulayıb ki, bizim düşmənə adekvat cavab verməyə ixtiyarımız var və beynəlxalq hüquq da bunu dəstəkləyir: “BMT-nin müvafiq maddəsinə uyğun Ermənistandakı atəş nöqtələrini susdura bilərik.


Bu zaman KTMT-nin əlində müdaxilə etmək üçün heç bir əsas olmayacaq. Gəncə terrorundan sonra düşmənə layiqli cavab verilmişdi, ermənilərin 500-dən artıq hərbçisi gəbərdilmişdi. Bərdə təxribatından sonra da Qarabağ ərazisində separatçılara layiqli cavab verildi. Hesab edirəm ki, qanuni dövlət sərhəddinə tam nəzarəti ələ keçirdikdən sonra birbaşa Ermənistandakı hərbi hədəfləri də vura biləcəyik. Görünür, hələlik ermənilərin əlinə bəhanə verməmək üçün proseslərə səbr və soyuqqanlıqla yanaşılır. Amma əmin olun ki, səbrimiz və soyuqqanlığımız Qarabağdakı separatçılara şamil edilmir. Onların hamısı məhv ediləcək”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu