Cozep Borrell gələn həftə Rusiyaya səfər edəcək


Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Moskvaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Finlandiya prezidenti Sauli Niinistö "Twitter" hesabında qeyd edib. 

"Çox vacibdir haldır ki, siz gələn həftə Moskvaya səfər edəcəksiniz. Dialoqa həmişə ehtiyac var", Finlandiyanın dövlət başçısı qeyd edib. 

Xatırladaq ki, Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bir neçə gün əvvəl Moskvaya səfər edəcəyini bildirmişdi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu