Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər

Tbilisidə hakim "Gürcü Arzusu partiyasının "xarici təsir" qanunu əleyhinə etiraz aksiyası davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Qəhrəmanlar meydanına yürüş edən minlərlə etirazçı artıq 1 saatdan çoxdur, paytaxtın əsas nəqliyyat qovşağını tutaraq avtomobillərin hərəkətini bloklayıb.

Nəticədə şəhərin bir sıra mərkəzi küçələrində nəqliyyat iflic olub, böyük tıxaclar yaranıb.

Nümayişçilər qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirir, Gürcüstanın dövlət himnini oxuyurlar.