Saakaşvili gələn həftə qələbə planını açıqlayacaq


"Gürcüstan iqtidarının başqa alternativ yolu yoxdur və buna görə bütün siyasi məhbusları azad etməli eyni zamanda növbədənkənar seçkilər təyin etməli olacaq".

24News.ge xəbər verir ki, bu sözləri eks prezident Mixeil Saakaşvili "Mtavari Arxi" kanalına müsahibəsində deyib.

Saakaşvili həmçinin gələcək planlarını gələn həftə açıqlayacağını da bildirib:

“VMH partiyasının sədri Nika Melia, eləcə də Rurua və digər siyasi məhbuslar azad edilməlidir. Mütləq ölkədə növbədənkənar parlament seçkiləri keçirməlidir və buna məcbur qalacaqlar, başqa alternativləri yoxdur.

Mən hərkəsi maraqlandıran suallara və digər qərarlarımı gələn həftə elan edəcəyəm. Qələbəmiz üçün planımı və görüşümü mütləq hərkəsə açıqlayacağam", - deyə Saakaşvili bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu