İnsan sifətində keçi balası doğuldu

Heyvanın ölüsü bir anda sərvətə çevrildi



Malayziyada ictimai medianı qarışdıran bir hadisə yaşandı. Felda kəndində İbrahim Basar adlı bir kəndçi yeni doğulan keçi balasını görüncə şok oldu. İnsan üzüylə doğulan balanın şəkilləri ictimai mediada paylaşıldı və müzakirələrə yol açdı. İnsan surətli keçi balası görənləri heyrətə salır. 63 yaşlı Basar görüntülərin tamamilə gerçək olduğunu, onun da bu mənzərə qarşısında donub qaldığını söyləyir. İngilis "Daily Mirror” qəzetində yer alan xəbərə görə, eyni ilə bir insan üzünə sahib bu keçi balası doğulduqdan sonra çox yaşamadı. Keçinin cəsədi bir anda sərvətə çevrildi. Kəndlilər Basara insan surətli keçi üçün pul təklif etsə də, Basar keçinin niyə belə doğulduğunu bilmək üçün heyvanı səlahiyyətlilərə verməyi seçdi. Kəndçi, oğlağın üzünün, yumşaqlığının eynilə bir körpənin kimi olduğunu, heyvanın digər hissəsinin isə oğlağa bənzədiyini söyləyir. Diqqət çəkən başqa bir detal isə keçi balasının göbəyinin də olmaması idi.