İstanbulda GEY - PARAD darmadağın edilib - Saxlanılanlar var - Video




Türkiyənin ən böyük və cazibədar şəhərlərindən olan İstanbulda cinsi azlıqların paradı polis tərəfindən darmadağın edilib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, gey - paradın keçirilməsinə bu ölkədə LGBT-nin (gey,lesbian,transeksual və biseksual) 2015-ci ildən bəri səbəst toplaşma və yürüşünün rəsmən qadağan olunması səbəb olub. 

Dünən günorta saatlarından sonra şəhərin Taksim meydanı ətrafında yerləşən Cihangir məhəlləsinə toplaşan yüzlərlə cinsi azlıq polisin güclü təzyiqinə məruz qalıb. Polisin müdaxiləsinə baxmayraq onlar adıçəkilən məhəlləyə toplaşıb küçə boyu addımlayaraq parad keçirməyə çalışıblar. 

Ancaq polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edərək paradın qarşısını alıb. Türkiyənin bəzi medi quruluşlarının verdiyi məlumata görə, etirazçılar arasında 20-ə yaxın cinsi azlıq saxlanılıb.

Videonu bu linkdən izləyin: 

Ayyət Əhməd