Muradda xəstəlik aşkarlandı - həkimlər diaqnoz qoydu





Müğənni Murad Dalkılıça həkimlər "Vertiqo" xəstəliyi (baş gicəllənmə, ürək bulanma, huş itirmə) diaqnozu qoyublar.
Axşam.az bildirir ki, ifaçı sevgilisi, aktrisa Hande Erçellə getdiyi Amsterdam tətilində bir neçə dəfə özünü pis hiss edib.
Vətəninə qayıtdıqdan sonra Murad özəl xəstəxanalardan birində müayinədən keçib və həkimlər ona "Vertiqo" xəstəsi olduğunu deyiblər.