Nazir Hulusi Akar: Rusiyadan S-400 kompleksləri üç təyyarə ilə gətirilib


Türkiyənin sifarişi ilə Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin təhvil alınması qrafik üzrə davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, iyulun 12-də Rusiyadan bu təyinat üzrə üç təyyarə yük gətirilib. Nazirin sözlərinə görə, S-400 sistemlərinin qurulması və idarə olunması ilə bağlı türkiyəli mütəxəssislərin təlimləri Rusiyada və Türkiyədə davam edir.

Yerli KİV-lər yazır ki, Türkiyədə qurulan S-400 zenit-raket komplekslərinin sentyabrın 10-dan başlayaraq istifadəyə verilməsi nəzərdə tutulub.