“Kurtlar Vadisi” yenidən başlayır


“Kurtlar Vadisi” serialı yenidən ekranlara qayıdır.


Axşam.az xəbər verir ki, ekran işi “Kurtlar Vadisi Kaos” adı ilə “Netflix” platformasında yayımlanacaq.

1,5 milyon abunəçisi olan platforma istifadəçilərinin sayını artırmaq üçün bu qərar verib.

Serialın 2020-ci ildə yayımlanacağı bildirilir. Ekran işində baş rolları isə Defne Samyeli və Necati Şaşmaz canlandıracaq.

“Kurtlar Vadisi Kaos” 15 iyul Darbe və ondan sonra baş verən hadisələrdən bəhs edəcək.

Qeyd edək ki, 15 yanvar 2003-cü ildə başlayan serial indiyədək “Show” TV, Kanal D, “Star” TV və TNT-də yayımlanıb.