“Əsrin Müqaviləsi” Azərbaycanın simasını dəyişdi" - Deputat

“Əsrin Müqaviləsi”nin imzalanmasının 25 ili tamam olur. Bu 25 il Azərbaycanın inkişaf və intibah illəri olub”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, “Əsrin Müqaviləsi”nin ölkəmiz üçün əhəmiyyətindən danışarkən məsələyə siyasi, iqtisadi və sosial prizmalardan yanaşmaq lazımdır: 



“1994-cü ildə “Əsrin Müqaviləsi” imzalananda Azərbaycan dünya ölkələrinin boy sırasında görünmürdü. Beynəlxalq tədbirlərdə Azərbaycanın adı çəkiləndə hamı maraqla baxırdı ki, görəsən bu ölkə hardadır.

Yenicə mütəqillik qazanmış Azərbaycan daxili ziddiyətlərin gərginləşməsi üzündən beynəlxalq arenada dünya şirkətlərinin şübhə ilə yanaşdığı bir məkan fikri formalaşdırmışdı. Amma, Ulu Öndərin uzaqgörənliyi, təcrübəsi və iradəsi, cənab prezident İlham Əliyevin dünyanın aparıcı neft şirkətlərini inandıra bilməsi “Əsrin Müqaviləsi”ni reallaşdırdı. Bu müqavilədə ABŞ, İngiltərə, Rusiya, Norveç və Türkiyənin 11 şirkəti iştirak edirdi.

Bu şirkətlər təmsil olunduğu ölkələrin beynəlxalq siyasətinin formalaşmasında həlledici rol oynayırdı. Təbii ki, belə böyük və təmsil olunduğu dövlətlər üçün əhəmiyyətli şirkətlərin Azərbaycana yüz milyardlarla dollar investisiya yatırması ölkəmizin qlobal təzyiqlərdən qorumasının qarantı oldu.

Qısa zamanda Azərbaycanda siyasi sabitlik təmin edildi, ölkəmizin dünya xəritəsində yeri görünməyə başlandı. BMT-də Azərbaycanın ərazi bütövlüyü tanındı və torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsi haqqında 4 qətnamə qəbul olundu. Həmçinin, Azərbaycanın beynəlxalq arenalarda dostların sayı artmağa başladı”. 

Parlament üzvünün sözlərinə görə, “Əsrin Müqaviləsi” imzalanana qədər Azərbaycan iqtisadiyyatına ekskursiya etmək mütləqdir: 

“1991-ci ildə müstəqillik qazanan Azərbaycanın dövlət büdcəsi boşalmışdı. Sovetlərdən miras qalmış əmlaklar 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr tərəfindən talan edilmişdi. Müəssisələrin sovet dönəmində bağladığı müqavilələr qüvvədən düşmüşdü və yeni müqavilələr bağlanmadığından sənaye iflic vəziyyətdə idi. Kolxoz və sovxozların əmlakları dağıdılmışdı.

Elektrik enerji təminatında böyük fasilələr baş verirdi. Rabitə xidmətləri acınacaqlı vəziyyətdə idi.  İndi isə Azərbaycan elektrik enerji ixrac edən ölkəyə çevrilib, rabitəmiz 100 faiz elektronlaşdırılıb, kosmik sənayeyə malik ölkəyə çevrilmişik. Azərbaycan dünyaya qaz ixrac edir. Yəni qısacası, o vaxt ölkəni inkişaf etdirmək üçün iqtisadi potensialımız sıfır vəziyyətində idi.

Ancaq 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalanandan sonra ölkəmizə gələn milyardlard dollarla investisya iqtisadiyyatımızın lokomotivinə çevrildi. Neft sənayemiz müasir texnologiyalarla yenidən quruldu. Enerji resusrslarımızı ixrac etmək üçün beynəlxalq kəmərlər çəkildi. Yeni karbohidrogen yataqları istismar olunmağa başlandı”. 

A.Badamov vurğulayıb ki, paralel olaraq qeri-neft sektoru da inkişaf etməyə başlaladı: 

“Məhz” Əsrin Müqaviləsi”nin imzalanması nəticəsində ölkə iqtisadiyyatına yüz milyardlarla dollar investisiya yatırılmasına imkan yarandı. Nəticədə bu gün  Azərbaycan diversifikasiya olunmuş iqtisadiyyata malik ölkəyə çevrilib.

Həm də valyuta ehtiyatlarımız 50 milyard dollara çatıb. Sosial tərəfi isə çox genişdir. “Əsrin Müqaviləsi” ölkə əhalisinin sosial rifahının yaxşılaşmasına xidmət edib. İşsizlik və yoxsulluq 50 faizdən 5 faizə düşüb. İçməli su ilə təminat 20 faizdən 70 faizə qalxıb. Ölkə əhalisinin 96 faizi təbii qazla təmin olunub. 3500-dən çox yeni məktəblər və uşaq bağçaları tikilib. 640-dan çox səhiyyə müəssəsi yenidən qurulub.

Ölkə üzrə İdman Olmpiya mərkəzləri tikilib, Azərbaycan idman ölkəsinə çevrilib. Əhalinin pul gəlirləri dəfələrlə artıb. Ünvanlı sosial yardımlar ödənilib. 15000 km-dən çox asfaltlanmış yeni yollar salınıb.

Ümumiyyətlə, ölkəmizin siması dəyişilib. Bütün bunlar “Əsrin Müqaviləsi”nin imzalanması nəticəsinə əldə edilib. “2Əsrin Müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Bu o deməkdir ki, uzun illər neft-qazımız ölkəmizin inkişafına və xalqımızın firavanlığının təmin edilməsinə xidmət edəcək”.