Kataloniyada kütləvi tətillər başladı: Yollar, aeroportlar, mağazalar bağlandı

İspaniyanın Kataloniya muxtar vilayətində yenidən kütləvi tətillər başlayıb.

Milli.Az bildirir ki, "Qafqazinfo" "El Pais"ə istinadən xəbər verir ki, mitinqçilər 12 kataloniyalı siyasətçinin 9 ildən 12 ilədək həbsə məhkum edilməsinə qarşı çıxırlar. Siyasətçilər muxtar vilayətin müstəqilliyi ilə bağlı referendum keçirməkdə günahlandırılırlar.

Etirazçılar Barselonaya aparan əsas yolları bağlayıblar. 60-dək hava reysi isə təxirə salınıb. Şəhərdə bir çox mağazalar bağlanıb.