53 ildir davam edən sirr: Döşəmədə insan şəkilləri görünür

 Mətbəxin döşəməsinin ləkəli olduğunu görən ev xanımı onu silməyə çalışıb.  Amma ləkə silindikcə, daha da qabarıq görünməyə başlayıb. Həm də ləkənin qadın üz cizgilərini xatırlatdığı görünüb. Bundan heyrətə gələn ev sakinləri polisə xəbər veriblər. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu müəmmalı hadisə 1971-ci ildə İspaniyanın  Belmez de la Moraleda qəsəbəsində Pereyra ailəsinin evində yaşanıb. Evin xanımı Maria və həyat yoldaşı Juan Pereyranın diqqətini mətbəxin döşəməsindəki ləkə cəlb edib. Qadın ləkəni silməyə başlayıb. Bundan az sonra ləkə yenidən üzə çıxıb. Həm də qadın üz cizgilərinin əks olunduğu şəkildə. Bu da azmış kimi döşəmədə insan surətində daha bir neçə şəkil döşəmədə, hətta divarlarda da görünməyə başlayıb. Qorxuya düşən ailə başçıları döşəmənin üzərinə beton töküblər. Lakin surətlər yenə görünüb. Bu mənzərədən dəhşətə gələn ər və arvad hadisə barədə yerli polisə məlumat veriblər. Evin zəminində qazıntı işlərinə başlanılıb. Qazıntılar zamanı evin zəminindən insan sümükləri çıxıb. İnsan skeletlərinin bəzisinin başı, bəzisinin də başqa hansısa hissəsi yox idi.  Tədqiqatçılar bu sümük qalıqlarının orta əsrlərə - 1200-cü illərə aid olduğunu bildirib.  Daha sonra skeletlər çıxarılaraq məzarlığa dəfn edilib. Lakin bir müddət sonra bu evdə insan surətləri yenidən görünməyə başlayıb. Nəhayət bu ev paranoistlərin, parapsixoloqların, öncəgörənlərin, din adamlarının və hətta turistlərin də marağına səbəb olub, ən çox ziyarət edilən yerə çevrilib. Hətta alman tədqiqatçı Hans Bender evdəki bu durumu XX yüzilliyin ən önəmli paranormal olayı elan etdi və tədqiqatlarını davam etdirdi. Tədqiqatçı notariusun iştirakı ilə mətbəxin döşəməsini bir neçə hissəyə bölərək hər hissəni ayrı-ayrılıqda tədqiq edib, insan surətlərinin fotosunu çəkib və prosesi lentə alıb. Sonra divarlar yenidən suvanıb, pəncərələr bağlanıb, ev möhürlənərək nəzarət altında saxlanılıb. Qapıda gecə-gündüz polislər növbə çəkib. Otaqlar 3 ay bağlı qalıb. 3 ay sonra otaqların qapısı açıqldıqda insan surətlərinin yenidən göründüyü məlum olub. Hər cür tədqiqat aparılıb, amma qeyri-adi varlıqlara rast gəlinməyib. Paranoid tədqiqatçılar bu görünən insan surətlərinin ev adamlarının duyğu və düşüncələrindən qaynaqlandığı kimi inanılmaz versiyalar irəli sürüblər. Onlar iddia edirdi ki, bu surətlər Mariya evdə olmayanda görünmürlər. Ancaq qadın evə gələndə “üzə çıxırlar”. Mariya Pereyra 2004-cü ildə 85 yaşında vəfat etdikdə çoxları belə zənn edib ki, görüntülər daha olmayacaq. Amma onlar yenə görünməyə başlayıb. İspaniya mediası bu olayın artıq həddindən çıxdığını görüb, evdə baş verənlərin uydurma, yalan olduğunu açıqlayıb. Bu evin sirri 53 ildir hələ də çözülməyib. Bir çoxları hesab edir ki, bu olay ev sakinləri tərəfindən uydurulub, əslindəsə heç bir qeyri-adi hadisə baş verməyib.