Erkin Qədirli: "Azər Qasımlının istefası gözlənilməz oldu"

"ReAl-da kimsə Azər Qasımlının getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı".

Sherg.az-ın xəbərinə görə, bu sözləri ReAl Partiyasının Xarici Əlaqələr katibi Erkin Qədirli öz Feysbuk səhifəsində paylaşıb.

“Bu gün səhər Azər Qasımlı jurnalistləri yanına yığaraq canlı yayımda ReAl-dan getdiyini söylədi. Bu mənim üçün gözlənilməz oldu. Dünən yazdığım kimi Azər ReAl-dan getmək istəyərsə, bu onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı. Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu. Bununla belə, dostluğumuz yerində qalır. Azərə bundan sonrakı işlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, ReAl Məclis başqanı Azər Qasımlı bu gün partiyadan getdiyini açıqlayıb.