Multikultural məkan: Azərbaycan dini tolerantlıq baxımından dünyaya örnəkdir

“Cənab Prezdent öz nitqində Azərbaycanda olan tolerant və multikultural mühüt haqqında danışaraq ölkəmizin dünyada dinlərarası dialoqun genişlənməsinə verdiyi töhvələrimizə də toxunub”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri çox yüksək və sivil səviyyədə qurulub: 

“Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətlərinə və Dini etiqad azadlığına həsr olunmuş xüsusi maddələr mövcuddur ki, ölkəmiz də bu, ana qanunun tələblərini rəhbər tutaraq dövlət siyasətini müəyyənləşdirib. Bu gün Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, ölkəmizdə olan bütün dinlərin inkişafına dövlət qayğısı mövcuddur. Dövlətin dəstəyi ilə məscidlər, kilsələr, sineqoqlar yenidən qurulub və insanlara dini ayinlərin həyata keçirilməsinə tam azad şərait yaradılıb. Təbii ki, dünyada Azərbaycan kimi müxtəlif dinlərə ölkədə belə azad şəraitlər yaradan ikinci ölkə tapmaq çətindir. Hətta dünyanın inkişaf etmiş ölkələrində islamafobiya, ksenofobiya halların mütəmadi olaraq baş verdiyini müşahidə edirik. Amma onlardan fərqli olaraq Azərbaycanda bu günə qədər milli, irqi və dini müstəvilərdə heç vaxt münaqişə və xoşagəlməz hallar, təqib müşahidə olunmayıb. Bu bizim ölkəmizin başqa ölkələrdən fərqimiz və gözəlliyimizdir”.



Deputat: "Azərbaycan dünyada barışın, dialoqun yaradılması missiyasını öz üzərinə götürüb"


Parlament üzvünün sözlərinə görə, nə qədər ki, dünyada vahid bir fikir yoxdur, islamafobiya, xristanofobiya, ksenofobiya halları davam edəcək: 

“Belə halda sülh və əminamanlıqdan danışmaq çətin olacaq. Azərbaycan dünyada barışın, dialoqun yaradılması missiyasını öz üzərinə götürüb. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər də bunu deməyimizə imkan verir. Bütün dünya ölkələri çalışmalıdırlar ki, ədalətsizliyə birgə mübarizəni gücləndirsin, dünyada sülh və əminamanlıq olsun. İnsanlar öz dini, milli, irqi mənsubiyyətlərinə görə əziyyət çəkməsinlər. Bu missiyanı Prezdent İlham Əliyevin və Birinci vitse-prezdent Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə çox yüksək səviyyədə həyata keçirilir və dünyada çox yüksək dəyərləndirilir”.