Martin Cavanşiri: "Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim"

"Babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğundan xəbərdar deyildim". Bunu jurnalistlərə açıqlamasında yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib.

O qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir və ölkəyə heyran olub:

“Azərbaycan haqqında təəssüratlarım belədir ki, Azərbaycan həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir. Ümid edirəm, səfərimiz davamlı olacaq”. 

Qeyd edək ki, M.Cavanşiri mühəndisdir.