Səməd Seyidov Prezidenti təbrik etdi: “Ölkə başçısının dəmir məntiqi, vətənpərvərliyi...


“...Azərbaycan xalqının milli maraqlarının müdafiəsində önəmli rollardan birini oynayır”

“Hər bir millət öz milli maraqlarını məhz lideri vasitəsilə qoruyub saxlayır”

 “Bu gün biz sözün əsl mənasında Prezident İlham Əliyevin şəxsiyyəti qismində milli maraqların müdafiəsi üçün görülən işləri xüsusi qiymətləndirməliyik. Yəni, cənab Prezidentin şəxsi keyfiyyətləri, onun qabiliyyətləri faktiki olaraq, milli maraqlarımızın müdafiəsində ən güclü silahlardan birinə çevrilib. Və bu, olduqca vacib məsələdir. 

Bu sözləri “Şərq”ə millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov deyib. Parlamentari diqqətə çatdırıb ki, ölkə başçısı cənab İlham Əliyevin dərin zəkası, ağlı, cəsarəti, heyranedici savadı, dəmir məntiqi, vətənpərvərliyi və xeyli başqa keyfiyyətləri Azərbaycan xalqının milli maraqlarının müdafiəsində önəmli rollardan birini oynayır:

"Hər bir millət öz milli maraqlarını məhz lideri vasitəsilə qoruyub saxlayır. Təəssüflər olsun ki, bəzi xalqlar milli maraqlarını qoruya bilmirlər. Elə Avropanın özündə də görürük ki, bəzi xalqların milli maraqlarının müdafiəsini qoruyacaq qabiliyyətdə olan şəxsiyyətlər yoxdur. Amma siz Azərbaycana baxın. Ölkə rəhbərinin bütün çıxışları, həyata keçirdiyi bütün işlər məhz Azərbaycanın, Azərbaycan xalqının milli maraqlarına söykənir. Bu nöqteyi-nəzərdən cənab Prezidenti doğum günü münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqının milli maraqlarını qorunması və ölkəmizin uğurlu inkişafı naminə atdığı bütün addımlarda uğurlar arzu edirəm.
Qeyd edək ki, Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 58 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.