ABŞ-la bağlı dünyanı heyrətə düşürəcək FOTO yayımlanıb

İranın dini lideri Ayətullah Xamaneinin rəsmi internet saytında ABŞ-la bağlı dünyanı heyrətə düşürəcək foto yayımlanıb.

Sifətində qanlı barmaq izləri əks olunmuş Amerika prezidenti Donald Trampın təsvir olunduğu foto dünya gündəminin əsas xəbərinə çevrilib və geniş müzakirələrə səbəb olub. Trampın “şilləli” fotosunun altına isə “Sadəcə bir şillədir” ifadəsi yazılıb. Saytda həmçinin İran prezidenti Həsən Ruhaninin sözləri də əks olunub. Prezident vurğulayıb ki, “amerikalılar İranın əlini kəsdilər. Biz isə onların ayaqlarını kəsəcəyik”.