44 yaşlı qadın 22-ci uşağını dünyaya gətirməyə hazırlaşır - FOTO

İngiltərədə 21 uşaq anası Sue Radford 22-ci uşağını dünyaya gətirməyə hazırlaşır.

“Hürriyet” bu barədə “The Sun” nəşrinə istinadən məlumat yayıb.

Aktiv sosial şəbəkə istifadəçisi olan ana “Instagram” hesabında uşaqları ilə birlikdə fotosunu paylaşıb.

44 yaşlı Radfordun 22-ci uşağını dünyaya gətirəcəyi xəbəri və paylaşdığı foto sosial şəbəkədə böyük maraq doğurub.