Təşkilat sədri "8 mart aksiyası"nı kəskin qınadı: “Biz bu deyilik”

“Belə əməlləri heç bir azadlıq uğrunda mübarizə adı altında pərdələmək olmaz"


“8 mart günü nə istədiyini, nə tələb etdiyini bilməyən, tərbiyələri, səviyyələri, əxlaqları açdıqları şüarlardan bəlli olan bir qrup başıpozuq guya şəhərdə aksiya etdi.

Bunu “Sherg.az”a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib. 

Partiya rəhbəri bildirib ki, belə fəaliyyət və tələblər bizim xalqa və onun yaşam fəlsəfəsinə ziddir: 



“Belə əməlləri heç bir azadlıq uğrunda mübarizə adı altında pərdələmək olmaz.
Biz bu deyilik və heç vaxt belə ola bilmərik. Biz kökümüzə, dəyərlərimizə, əxlaqımıza və bütün milli-dini dəyərlərimizə sayğılı, sadiq millətik. Bunu bəyənməyənlərin yolu açıqdır. Hara istəsələr çıxıb gedə bilərlər. Ya sevsinlər, ya da tərk etsinlər”. 

Qeyd edək ki, 8 mart - Beynəlxalq Qadınlar Günü özlərini “feminist” adlandıran bir qrup paytaxtda etiraz aksiyası keçirməyə cəhd ediblər. Hətta feminist qızlar onlara mane olmağa çalışan digər xanımlara və asayişi qoruyan hüquq-mühafizə orqanlarına qarşı güc tətbiq ediblər.