BDU kampaniyaya qoşuldu: “Fonda 100 min manat vəsait ayırıb”

"Bakı Dövlət Universiteti Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna universitetin büdcəsindən 100 min (yüz min) manat vəsait ayırıb".

"Sherg.az"ın xəbərinə görə bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

Ekspert bildirib ki, bu qərar BDU elmi şurasının "online" keçirilmiş iclasında qəbul edilib: 

"Bundan başqa BDU rəhbərliyi qərar qəbul edib ki, koronavirusun yaratdığı iqtisadi çətinliklər səbəbindən universitetdə bütün iş yerlərində heç bir ixtisar aparılmayacaq və bu müddət ərzində işçilərin əmək haqları qarşılanacaq. Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi bütün ali və orta ixtisas təhsili müəssisələri, maddi imkanı olan şəxs və təşkilatları Koronavirusla Mübarizəyə Dəstək Fonduna (COVİD 19) virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.
Onu da qeyd edim ki, BDU Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayıran ilk universitetdir".