ABŞ-ın Nyu-York ştatında 1550 nəfər koronavirusdan ölüb


ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusdan ölənlərin sayı 1218-dən 1550 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında deyib.

Nyu-York ştatı hazırda ABŞ-da koronavirus epidemiyasının episentri hesab olunur.

Kuomonun sözlərinə görə, ştatda ümumilikdə 75 795 nəfər virusa yoluxub. 771 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Nyu-York şəhərində isə 43 139 koronavirus daşıyıcısı var.