Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 


“Nork” infeksiya xəstəxanasında koronavirusdan yeni ölüm qeydə alınıb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat yayıb.

Ölənin 69 yaşının olduğu bildirilir.

Son məlumata görə, Ermənistanda 663 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Onların 33-ü sağalıb, 5 nəfər isə ölüb.