“İmkansızlara Beynəlxaq Yardım Fondu” yaradıldı - Qürbətdəki soydaşlarımız da sevinəcək ! 

“Fond Azərbacandakı imkansızlarla yanaşı, xaricdəki ehtiyac sahibi həmyerlilərimizə dəstək olacaq”


Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə xalqa ünvanladığı birlik və bərabərlik çağırışına xaricdə yaşayan soydaşlarımız da böyük dəstək ifadə edirlər. Dövlət başçısının indiki dönəmdə sosial həssas qruplara yardım edən şəxslərə, iş adamlarına xüsusi təşəkkür etməsinə diqqət çəkən və ölkə rəhbərinə minnatdarlıq edən biznesmenlər uzun zamandır xeyirxahlıq işi ilə məşğul olduqlarını deyirlər. 


Xaricdə yaşayan tanınmış biznesmen, eyni zamanda ilahiyyat üzrə fəlsəfə dokoru Rəşad Məmmədov “Sherg.az”a açıqlamasında yardımlaşma ilə bağlı mühüm məqamlara toxunub. İş adamı bildirib ki, koronavirus pandemiyası ilə bağlı bütün dünyada ciddi problemlər yaranıb: 

“Dünyanın bütün xalqlarında olduğu kimi Azərbaycanda da sosial durumu zəif olan ailələr var. Bunu nəzərə alan xarici ölkələrdəki azərbaycanlı iş adamları, imkanlı şəxslər öz soydaşları üçün əllərindən gələn yardımı edir, vətəndaşlara dəstək olmağa çalışırlar. Təbii ki, dövlətin qayğısı və dəstəyi böyükdür. Amma bununla yanaşı, belə məqamlarda həssas qruplara yardım göstərilməsi olduqca vacibdir. Ona görə də Avropada və Rusiyada çalışan azərbaycanlı iş adamları millətimizə dəstək olmaq məqsədi ilə İmkansızlara Beynəlxaq Yardım Fondu adlı qurum təsis ediblər. Bu Fond Azərbacanda yaşayan sosial təminatı zəif insanlarla yanaşı, dünyanın hər bir yanında ehtiyac sahibi azərbaycanlılara dəstək olacaq”. 

Biznesmen vurğulayıb ki, Fondun maliyə dəstəyi Avropa və Rusiyada yaşayan imkanlı iş adamları ilə yanaşı, Azərbaycanı sevən xarici iş adamlarının dəstəyi ilə həyata keçiriləcək: 

“Həmçinin, Fond heç bir siyasi məsələlərə qarışmayacaq. Beynəlxaq hava və quru yolları bağlandığı üçün Fondun açıq fəaliyyəti iyun ayından başlanacaq. Bu barədə ətraflı məlumatar veriləcək”.