"Hazır nazirdir” - Rəşad Məcid Ramin Bayramlıdan yazdı

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid sosial şəbəkədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıdan yazıb. 

“Sherg.az” məlumat verir ki, baş redaktor TƏBİB rəhbərinin fəaliyyətini bəyəndiyini ifadə edib: 

“TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlını mən də bəyəndim. Yığcam, sərrast, mahiyyəti üzrə danışır. Pozitivi də, neqativi də qədərində çatdırmağı bacarır. Tərifi də ölçüsündədir, problemi qabartması da... Kadr kimi uğurlu tapıntıdır, peşəkardır. Ciddi, həm də səmimidir. Hazır nazirdir”.