Məleykə Əsədova: “Gecə 12-yə qədər kitab oxuyuram”


Koronavirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq olunan xüsusi karantin rejimi davam edir . Dövlətimiz qarşısının alınması yolunda təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu önləmlərin nəticəsidir ki, yoluxanların və ölənlərın sayı xeyli azalıb. Xalqımız kritik günlərin tezliklə sona çatmasını gözləyir. Evdə qalıb qanunlara əməl edərək ölüm saçam olan koronavirus pandemiyasına qarşı yaşam savaşı verir.. 

Biz də "Sherg.az" olaraq çətin günlərdə tanınmışlarla həmsöhbət oluruq.  Bu dəfə də tanımış aktrisa, xalq artisti Məleykə Əsədova ilə əlaqə saxlayıb, günlərini necə keçirdiyini öyrəndik:

“Yeni şeirlər hazırlayıram, yaradıcılıq işlərim davam edir. Hər gün dualar edirəm. Qızımın dərsləri ilə məşğul oluram.  Gün bəs etmir mənə, vaxtım olmur. Səhər tezdən gecə 12-yə qədər  kitab oxuyuram. Gördünüz ki, gözəl şeir söylədim. Leyla xanımın şeirlərini oxuyuram. Yeni - yeni şeirlər hazırlayıram. İnşallah  efirdə və “Instagram” səhifəmdə görəcəksiniz. Mütləq qanunlara əməl edirəm. Hər  bir insan özünü və yaxınlarını düşünməlidir. Millətini, xalqını fikirləşməlidir. Ona görə evdə qalmalıyıq. Koronavirus infeksiyası  yayılmasın. Hamı evdə  otursa, virusun öhdəsindən tezliklə gələrik. Dua edirik ki, tez qurtarsın”.