Ürək əməliyyatı keçirən partiya sədri “Şərq”ə DANIŞDI: “5 damarı dəyişdilər ” - Foto

Xəbər verdiyimiz kimi, Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından oğlu Abdul Oruclu Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd edək ki,ötənlərdə  partiya sədrinin səhhətində ciddi problem yaranıb. Və buna görə də Ə.Orucun ailəsi ölkə başçısına müraciət ünvanlayınb. Prezident isə müraciətə cavab olaraq ailəyə yardım əli uzadıb. Bu mənada Ə.Orucun oğlu atasının həyatının ciddi təhlükə altında olduğu məqamda verilən dəstəyi heç vaxt unutmayacağını söyləyib. 

Səhhəti ilə bağlı “Sherg.az”a danışan Azadlıq Partiyasının sədri Əhməd Oruc ağır əməliyyat keçirdiyini deyib. 
Partiya sədri dünən xəstəxanadan çıxdığını bildirib



“Ürəyimdə ciddi problemlər var idi, damarlarım tutulmuşdu. Əməliyyat zəruri idi. Amma həkimlər uzun müddət tərəddüd edirdilər. Sonradan Prezident Administrasiyası səhhətimlə bağlı problemi bildikdən sonra məsələyə müdaxilə etdi. Nəticədə aprelin 13-də açıq ürək əməliyyatına girdim. Ürəyimdə 5 damarı dəyişdilər. Həmin müddət ərzində Prezidentin şəxsi nümayəndəsi övladlarımla biryerdə olub və prosesi daim nəzarətdə saxlayıb. Bir ara həkimlər əməliyyatdan riskli olduğu üçün imtina etmək istəyiblər.

Nəysə, dünəndən xəstəxanadan çıxmışam, ev şəraitində müalicəni davam etdirirəm. Şükür Allaha, yaxşıyam. Hər şeyə görə ölkə rəhbərliyinə, bizə dəstək olanlara minnətdarlığımı bildirirəm”.